Şirkət haqqında

Yeni yaradılmış APF şirkətlər qrupunun fəaliyyəti sferası çoxprofillidir və hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı , otelçilik və qida sektorları. Şirkətlər qrupunun başlıca missiyası iqtisadiyyatın qeyri-neft bölməsində düşünülmüş investisiya qoyuluşu edərək, ölkəmizdə artan investisiya tələbatının qarşılanmasına töhfə vermək, müasir texnologiya və innovativ həllərin tətbiqini, müştəriyə yönəlik xidmət konsepsiyasını təşviq etməkdir. Etibarlı tərəfdaş qismində müxtəlif tərəf müqabilləri ilə sağlam prinsiplərə və qarşılıqlı faydaya söykənən uzunmüddətli işgüzar münasibətlərin qurulması əsas prioritetlərimizdəndir. Fəaliyyətmizin bütün mərhələlərində mütərəqqi korporativ idarəetmə və sosial məsuliyyət praktikasının tətbiqi mühüm yer tutur. Bu əsasda ölkədə gedən sürətli inkişaf prosesində, məşğulluğun təmin olunmasında, insan kapitalının səmərəli istifadəsi imkanlarının genişləndirilməsində fəal iştirak etməyi və bütövlükdə cəmiyyət üçün dəyər yaratmağı hədəfləyirik. Qrup hazırda əsas dörd istiqamət üzrə fəaliyyət göstərir: kənd təsərrüfatı, qida, otelçilik və inşaat.

Əlaqə