Otellər

APF şirkətlər qrupu otelçilik sektorunda ‘’APF Otellər qrupu ‘’ MMC vasitəsilə təmsil olunur. ’APF Otellər qrupu’ daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan’’ Saat Meydanı’’ və’’ Qrand ’’ otelləri Naxçıvan şəhərində yerləşir. Klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı”oteli ikimərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. İki girişi olan binada 4 dükan, uşaq əyləncə bölməsi, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Türkiyə, eləcə də Çin, Amerika , gürcü və yapon mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir. Oteldə 43 standart və 4 suit olmaqla 47 otaq vardır. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Naxçıvan şəhərinin C. Məmmədquluzadə 24 küçəsində yerləşən ‘’ Qrand Otel’’ 5 mərtəbədən ibarətdir. 32 nömrəsi var. Otel müştərilərin istirahəti üçün hər cür şəraitə malikdir. Burada restoran və kafe də fəaliyyət göstərir.