Naxçıvan Residence


Naxçıvan şəhər 49-cu məhəllə 1/7 - Doğum (Perinatal) mərkəzinin yaxınlığındakı ərazidə 21 yaşayış binasından ibarət “Nakhchivan Residence” in – “Naxçıvan yaşayış kompleksi”nin inşasına start verildi. Təsdiq edilən layihə çərçivəsində 1, 2, 3 və 4 otaqdan ibarət 5-12 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək. Binaların brinci mərtəbəsi qeyri-yaşayış sahəsi olacaq və əsasən xidmət sahələri üçün nəzərdə tutulacaq. Kompleksdə yeraltı və yerüstü avtodayanacaq, uşaq meydançası, basketbol və voleybol meydançaları, yeraltı içməli su anbarları və digər yardımçı sahələr də istifadəyə veriləcək. Kompleksin tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq. Kompleksimizə uşaq bağçası, qapalı su hovuzları, fitness mərkəzi və müxtəlif iaşə obyektləri daxildir.