Tez-tez verilən suallar

APF şirkətlər qrupu hər hansı bir vakansiya açıq elan olunduğu zaman ilk növbədə “APF Group” MMC-nin veb-saytının “Karyera” bölməsinin “Vakansiyalar” hissəsində və bir sıra internet resursları vasitəsilə elan yerləşdirir. Müraciət etmə qaydaları elanda göstərilir.

cv@apfgroup.az elekron poçt ünvanı vasitəsi ilə qəbul edilir.

APF şirkətlər qrupu hər bir vəzifə üçün əməkhaqqı aralığı nəzərdə tutur. Əməkhaqqı ilə bağlı bütün müzakirələr fərdi olaraq yalnız müsahibə mərhələsi zamanı aparıla bilər və bu cari vakansiya üçün təyin edilmiş bir məbləğdir.

Vakansiya elan edildikdən sonra işəqəbul prosesinin ilkin mərhələsində əməkdaşımız daxil olan müraciətləri nəzərdən keçirir , bilik və bacarıqları vakansiya elanında göstərilən şərtlərə daha çox uyğun gələn namizədləri test mərhələsinə dəvət edir.