Məlumat

 

Müəssisəmiz 2005-ci ildən “Gəmiqaya Bərəkət Qida Məhsulları MMC” adı ilə fəaliyyətə başlayıb. Müəssisəmizdə müxtəlif istehsal sahələri vardır.

Şirkətlər qrupumuz qida sektorunda “APF Qida Məhsulları MMC” vasitəsilə təmsil olunur. Müəssisədə müxtəlif istehsal sahələri fəaliyyət göstərir. Ən böyük istehsal sahəmiz çörək istehsalı sahəsidir ki, burada 5 növ undan hazırlanan 13 çeşid çörək istehsal olunur və çörək istehsalında Türkiyədən idxal olunmuş iki istehsal sobasından və bununla yanaşı 5 növ çörək istehsal sobalarından istifadə olunur. Müəssisəmiz Naxçıvan Muxtar Respublikasının ən böyük çörək istehsalı sahəsidir və Naxçıvan sakinlərinin çörəyə olan tələbatının 80%-ini ödəyir. Çörək istehsal sahəsində müxtəlif növ unlardan hazırlanmış 13 çeşiddə (milli çörək, buxanka, baton, papatya, qarğıdalı çörəyi, kəpəkli çörək, boradin, pidə çörəyi, ağ baton, lavaş, qarışıq taxıllı çörək, hamburger çörəyi, dönər çörəyi) çörək istehsal edirik (sutkada 45 min ədəd çörək).

Istehsal olunan ərzaqlar

 

Müəssisəmizdə yemək istehsalı sahəsi də fəaliyyət göstərir. İstehsal olunan yeməklər günlük bir neçə çeşiddə hazırlanır. İstehsal sahəsi 2000 nəfərlik yemək hazırlamaq gücünə malikdir. Hal hazırda sadəcə müəssisəmizin işçiləri üçün yemək hazırlanır.

 

    >  Çörək                 >  Pendir             >  Süd

    >  Lavaş                 >  Qatıq               >  Şirniyyat  

    >  Makaron             >   Ayran              >  Peçenyə